“İnter”in bundan öncəki mərhələdə “Laçi” ilə keçirdiyi oyunları izləyib, təhlil etmişik. Maraqlıdı ki, ilk oyunları ilə ikinci matçları arasında böyük fərq var idi. Azərbaycan komandası ikinci görüşü üstün keçirdi”.
Newsport.az-ın məlumatına görə, bunu “Hafnarfyordur”un baş məşqçisi Heymir Qudyonsson deyib.
İslandiya təmsilçisi bu gün Avropa Liqasının II təsnifat mərhələsində Bakı “İnter”ini qəbul edəcək. “Hafnarfyordur”un çalışdırıcısı meydançaya yalnız qələbə üçün çıxacaqlarını bildirib: “İnter” yaxşı komandadı. Ancaq evdə oynayacağımız üçün mütləq uğurlu nəticə əldə etməliyik. Bakıya 0:0 hesablı bərabərliklə getmək bizim üçün yaxşı olmaz. Mütləq qol vurmalıyıq. Ələ düşən şanslardan yararlanmaq lazımdı.
Fikrimcə, şansımız var, özü də çox. “İnter”in heyətində ciddi dəyişiklik olub. Onların bir-birinə uyğunlaşması zaman tələb edir. Bu da bizim üçün üstünlükdü. Ancaq meydana çıxanda bu xırda amilləri unudub, öz oyunumuzu sərgiləməliyik. Mərhələni adlamaq istəyiriksə, hər iki görüşü yüksək səviyyədə keçirməliyik”.