Bu gün UEFA Avropa Liqasında ikinci təsnifat mərhələsinin ilk oyunları keçirilir.
Newsport.az-ın məlumatına görə, Azərbaycanı bu mövsüm qitənin ikinci dərəcəli klub turnirində təmsil edən "İnter" də növbəti sınağına çıxır.
Premyer Liqanın son mövsümündə gümüş medallara sahib çıxan təmsilçimiz mübarizəyə ilkin təsnifat mərhələsindən qoşulmuşdu. Paytaxt klubu Albaniya "Laçi"sini (səfərdə 1:1, evdə 0:0) çətinliklə də olsa, mübarizədən kənarlaşdırmışdı.
"İnter"i bu mərhələdə daha güclü İslandiya "Hafnarfyordur"u ilə mübarizə gözləyir.
Sözügedən klub Azərbaycan futbolsevərlərinə yaxşı tanışdır. 10 il öncə Çempionlar Liqasında "Neftçi"yə rəqib olan bu komanda hər iki oyunda (0:2, 1:2) məğlub olaraq, mübarizəni dayandırmışdı. Ümid edək ki, bu dəfə Avroliqa çərçivəsində baş tutacaq duellərdə də sevinən tərəf Azərbaycan klubu olacaq. Bu baxımdan ilk oyunun səfərdə keçirilməsi də bakılıların şanslarını artırır.
Avropa Liqası
İkinci təsnifat mərhələsi (ilk oyunlar)
16 iyul
00:15. "Hafnarfyordur" (İslandiya) - "İnter" (Azərbaycan) - 1:2
Qolar: Qudnason, 39-pen (1:0), Kvekveskiri, 54-pen (1:1), Diaqo Martins, 61 (1:2)
Hakimlər: Mixael Lerjeus, Daniel Qustavsson, Maqnus Syöblom və Kristofer Karlsson (hamısı İsveçdəndir)
Kaplakriki. "Hafnarfyordur" stadionu.
"Hafnarfyordur": Oskarsson, Vidarsson, Thorisson, Doumbia, Bödarssom, Hendriks, Palsson, Valdirmarsson, David Vidarsson (k), Bjarni Vidarsson, Qudnason
Ehtiyat oyunçular: Kristian Finnboqason, Tillen, Consson, Servi, Qudmundsson, Byörnsson, Kristian Floki Finboqason
“İnter”: Səlahət Ağayev (k), Xuanfran, Laşa Kasradze, Zurab Xizanişvili, Abbas Hüseynov, Nizami Hacıyev, Nika Kvekveskiri, Mirsayib Abbasov, Mirhüseyn Seyidov, Fuad Bayramov, Rauf Əliyev
Ehtiyat oyunçular: Giorgi Lomaya, Denis Silva, İlkin Qırtımov, Mansur Nəhavəndi, Polyak, Fomenko, Diaqo Martins