Sabah Avroliqanın II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Hafnarfyordur"un qonağı olacaq "İnter"in baş məşqçisi Zaur Svanadze bu gün İspandiyada mətbuat konfransı keçirib.
Newsport.az-ın məlumatına görə, gürcü mütəxəssis qarşılaşma haqda bunları deyib: "İnter"in heyətində yeni futbolçular çoxdur. Buna baxmayaraq, İslandiyanı sərfəli nəticə ilə tərk etmək istəyirik. "Hafnaryordur" komandasının son oyunlarını izləmişik. Hər iki komandanın şansları bərabərdir. Sabah hər iki tərəf üçün maraqlı oyun olacaq".