Avropa Liqasında 1/4 final mərhələsinin oyunlarından sonra həftənin ən yaxşı futbolçusu məlum olub.
Newsport.az-ın məlumatına görə, bu, "Leypsiq"in yarımmüdafiəçisi Kristofer Nkunkudur. 25 yaşlı futbolçu azarkeşlər arasında keçirilən sorğuda "Vest Hem"dən Kreyq Davson, "Reyncers"dən Ceyms Tavernier və "Ayntraxt"dan Filip Kostiçi qabaqlayıb.
Qeyd edək ki, fransalı oyunçu "Atalanta"ya qarşı keçirilən matçda (2:0) dubl edib.