“Qəbələ” ev oyununu harda keçirəcək?

"Qəbələ"nin Serbiyanın "Çukariçki" komandası ilə Avropa Liqasının II təsnifat mərhələsindəki ev oyunu böyük ehtimalla Bakıda keçiriləcək.

Newsport.az-ın məlumatına görə,bu barədə klubun meneceri Səməd Nəsibov məlumat verib.

Onun sözlərinə görə, Qəbələ şəhər stadionunda Gürcüstanın "Dinamo" (Tbilisi) komandası ilə I təsnifat mərhələsinin cavab görüşündə baş vermiş olaylarla əlaqədar UEFA Nizam-İntizam Komitəsinin cəzalar tətbiq edəcəyi gözlənilir. Bu cəzalardan biri də “Qəbələ”nin ev oyunu ilə bağlıdır.

Klub rəsmisi qeyd edib ki, UEFA Qəbələ şəhər stadionun cəzalanıb-cəzalanmayacağı ilə bağlı qərarı bu gün “Qəbələ”yə bildirəcək. O, eyni zamanda qeyd edib ki, görüş böyük ehtimalla Bakıda keçiriləcək.(qol.az)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right