"Qəbələ" II tur üçün başladı

“Qəbələ” UEFA Avropa Liqasının II təsnifat mərhələsinin hazırlıqlarına start verib.

Newsport.az-ın məlumatına görə,  “qırmızı-qaralar” Serbiyanın “Çukariçki” klubu ilə səfərdəki ilk oyunun hazırlığına Qəbələdə başlayıb. 

I təsnifat mərhələsinin “Dinamo” (Tiflis, Gürcüstan) ilə cavab oyunundan sonra iki günlük istirahətə buraxılan futbolçular iyulun 12-də axşam məşqində bir araya gəlib. Roman Qriqorçukun komandası əvvəl fiziki hazırlıq keçib, ardınca topla çalışıb. Məşqdə komandanın bütün futbolçuları iştirak edib. “Qırmızı-qaralar” növbəti məşqini bu gün keçirəcək.

“Çukariçki” – “Qəbələ” oyunu iyulun 16-də Çukaritsada keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. (klub saytı)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right