"Barselona"nı keçəcəyimizə inanırıq" "Qalatasaray"ın baş məşqçisi

"Qalatasaray"ın baş məşqçisi Domenek Torrent Avropa Liqasının 1/8 final mərhələsində "Barselona" ilə keçirəcəkləri ilk matç barədə danışıb.  

Newsport.az-ın məlumatına görə, 59 yaşlı mütəxəssis növbəti mərhələyə yüksələcəklərinə inandığını bildirib:

"Xavinin "Barselona"sı hazırda çox yaxşı formadadır. Bu, heç kimə sirr deyil. Çempionlar Liqasında olsaydılar da, yaxşı çıxış edərdilər. Bəzi dəyişikliklər edəcəyik. "Konyaspor"la matçda da etmişdik. Böyük və keyfiyyətli komandaya qarşı oynayacağıq. Mərhələni keçəcəyimizə inanırıq".

Qeyd edək ki, "Barselona" - "Qalatasaray" görüşü sabah Bakı vaxtilə saat 00:00-da "Kamp Nou" stadionunda keçiriləcək.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah