"İnter"in yarımmüdafiəçisi Mirhüseyn Seyidov Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Albaniyanın "Laçi" klubuna qarşı keçirdikləri cavab oyununu (0:0, ilk oyun 1:1) şərh edib.
Newsport.az-ın məlumatına görə, o, bunları söyləyib:
"Gərgin oyun alındı. Çətin idi. İsti də mane olurdu. Əlbəttə, biz yaxşı oyun sərgiləmədik. Amma əsas mərhələ keçmək idi. Şadam ki, buna nail olduq".
Azerisport.az