Dünən UEFA Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində iki görüş baş tutub.
Newsport.az-in məlumatına görə, “Betis” “Ayntraxt”ı qəbul edib. Üç qolun qeydə alındığı bu oyun qonaqların qələbəsiylə yekunlaşıb. “Lion” isə mərhələnin ilk oyununu səfərdə “Portu”ya qarşı keçirib. Fransa təmsilçisi səfərdə minimal hesabla üstün olub.
Qalan oyunlar isə bu gün keçirilib. “Barselona” “Kamp Nou”da “Qalatasaray”ı sınağa çəkib. Bu oyun qolsuz bitib. “Sevilya” “Vest Hem”lə, “Atalanta” isə “Bayer”lə münasibətlərinə aydınlıq gətiriblər. Hər iki oyunda meydan sahibləri çətin qələbəyə seviniblər.
Bu mərhələnin bir oyunu baş tutmayacaq. Belə ki, Ukrayna – Rusiya münasibətlərinə görə “Spartak” (Moskva) avrokuboklardan kənarlaşdırıldığı üçün onların rəqibi Almaniya “Leypsiq”i birbaşa 1/4 finala adlayıb.
Avropa Liqası, 1/8 final mərhələsi
İlk oyunlar
10 mart
21:45. "Sevilya" (İspaniya) - "Vest Hem" (İngiltərə) - 1:0
Qol: Haddadi, 60
00:00. "Reyncers" (Şotlandiya) - "Srvena Zvezda" (Serbiya) - 3:0
Qollar: Tavernier, 11-pen, Morelos, 15, Baloqun, 51
00:00. "Braqa" (Portuqaliya) - "Monako" (Fransa) - 2:0
Qollar: Ruiz, 3, Oliveyra,89
00:00. "Atalanta" (İtaliya) - "Bayer" (Leverkuzen, Almaniya) - 3:2
Qollar: Malinovski, 23, Muriel, 25, 49 - Aranquiz, 11, Diabi, 63
00:00. "Barselona" (İspaniya) - "Qalatasaray" (Türkiyə) - 0:0
9 mart
"Betis" (İspaniya) - "Ayntraxt" (Almaniya) - 1:2
"Portu" (Portuqaliya) - "Lion" (Fransa) - 0:1
Qeyd edək ki, bütün cavab görüşləri martın 17-də keçiriləcək.