"Nə olursa-olsun, qalib gəlməli idik" - Zenyov

"Çətin oyun oldu. Qələbə qazanmaq çox vacib idi. Nəyin bahasına olursa-olsun, qalib gəlməli idik. Baxmayaraq ki, bəzi azarkeşler ümidlərini itirmişdi. Amma biz son dəqiqəyə kimi mübarizə apardıq". 

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin futbolçusu Sergey Zenyov Avropa Liqasının birinci təsnifat mərhələsində Tiflis "Dinamo"suna 2:0 hesabı ilə qalib gəldikləri görüşdən sonra deyib.

Oyunda hesabı açan estoniyalı futbolçu komandasının qələbə qazanmaq üçün əlindən gələni etdiyini bildirib: "Bizim ələ qol imkanlarımız oldu ki, top qapıdan mütləq keçməli idi. Amma son nöqtəni qoya bilmirdik. Yaxşı ki, ruhdan düşmədik. Ən yaxşı oyunumuz olduğunu düşünmürəm. Lakin əlimizdən gələn hər şeyi etdik və meydanda hər santimetr uğrunda vuruşduq".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right