Düzdü qollar sonda vuruldu, amma... - Roman Qriqorçuk

Avropa Liqasının 1-ci təsnifat mərhələsinin "Dinamo"yla cavab oyununda 2:0 hesabıyla qalib gələrək mərhələ adlayan "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk oyunla bağlı fikirlərini bildirib.

Newsport.az-ın xəbərinə görə, ukraynalı mütəxəssis qolların son dəqiqələrdə vurulmasına baxmayaraq, komandasının rəqibdən üstün olduğunu deyib:

- Mütləq qalib gəlməliydik. Ancaq necə qalib gəldiyimizi təsəvvür etmək çətindi. Səfərdə məğlub olduğumuzdan, bizə psixoloji cəhətdən çətin idi. Rəqibi yaxşı analiz edib, qalib gəldik. Düzdü qollar sonda vuruldu, amma biz rəqibdən üstün idik.

- Gürcüstan bayrağının yandırılmasına münasibətiniz?

- Mən çox təəssüf edirəm ki, belə hadisələr olur. Bunlar hamısı təxribatdı. Mən çox istərdim ki, xalqlar arasında dostluq münasibəti pozulmasın. 

- Komanda ilk dəfə Qriqorçukun rəhbərliyi altında mərhələ adladı...

- Bunu sözlə izah etmək çətindi. Hər futbolçunun öz düşüncəsi var. Hər şeyi nəzərə alaraq, mərhələni adladıq. 

- Oyunun ən zəifi Rəşad Sadiqov idi. Niyə onu gec əvəzlədiz?

- Fikrinizlə razı deyiləm. Məncə Sadiqov çox yaxşı oynadı.

- Standart vəziyyətləri yerinə yetirən futbolçu yox idi. Bu mövqeyə oyunçu transfer edəcəksiz?

- Standart vəziyyətləri yerinə yetirə bilmirik. Ancaq transfer əvəzinə çalışmaq lazımdı. Məşqlərdə futbolçular daha yaxşı təsir bağışlayırdı.

- Əvəzləmələri daha erkən edib, nəticəni daha tez əldə edə bilməzdiz?

-  Dəyişikliklərdən sonra düşünmürəm ki, ciddi dəyişiklik oldu. Rəşad Sadiqovun ötürməsindən sonrakı epizodda qol vurulsaydı, düşünürəm ki, bu, "Youtube"da ən məşhur videolardan olardı. 

- Yeni transferlərdən razı qaldız?

- Onlar gələcəkdə daha da inkişaf edəcəklər.

- Daha bir mərhələ keçməyə futbolçular fiziki cəhətdən hazırdı?

- Fiziki cəhətdən tam hazır deyilik.

- Deyirsiz ki, hazır deyilik. Bu hazırlıq dönəmi nə vaxt bitəcək? Bizdən fərqli olaraq gürcülər qorxaq futbol oynamırdılar.

- Hansısa futbolçunun mübarizədən çəkindiyini görmədim. Oyunun video yazısına baxacam. Ümid edirəm ki, orda da görməyəcəm. Biz bu gün çoxlu qol imkanları yaratdıq, ancaq onları düzgün dəyərləndirə bilmədik.

- Oyunun taleyinin son dəqiqələrdə həll olunması taktiki plan idi, yoxsa rəqibin 10 nəfər qalması bunda əsas rol oynadı?

- Qol vəziyyətlərimiz rəqib azlıqda qalmamışdan əvvəl də var idi. Amma oyunun sonlarında qalib gəlmək üçün taktika qurmamışdıq.

- Bildiyiniz kimi klublarımızda maliyyə çətinlikləri oldu. Ancaq "Qəbələ" sudan quru çıxdı. Avropada son məqsədiniz nədi?

- Hara qədər irəliləyəcəyimizi demək çətindi. Rəqiblərin kimliyindən asılıdı. 

Həsənov Mərdan





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right