“Neftçi”nin bu nikbinliyin nəyə əsaslandığını başa düşə bilmirik"

“İlk oyundan sonra komandaların şansları eynidi. Bakı səfəri rəqibin aşkar favorit olduğunu nəzərə alsaq, bu, çox yaxşıdı”

Newsport.az-ın məlumatına görə, bu sözləri “Mladost”un baş məşqçisi Nikola Peko Rakoyeviç deyib. O, Avropa Liqasının I təsnifat mərhələsinin “Neftçi”yə qarşı bu gün keçiriləcək cavab oyunu haqda fikirlərini açıqlayıb: 


“Büdcəni, infrastrukturu müqayisə etdikdə rəqibimizdən çox geri qalırıq. Lakin meydanda sübut etdik ki, “Neftçi” ilə oynamaq gücündəyik. Onlar mərhələ keçəcəklərinə əmindilər. Bu nikbinliyin nəyə əsaslandığını başa düşə bilmirik. Amma biz də ehtiyatlı olmalıyıq. Bəlkə də onların hansısa əlavə üstünlüyü var. İstənilən halda, bizi gərgin və ağır oyun gözləyir. Biz də meydana çıxıb “döyüşəcəyik”. “Neftçi” bizimlə müqayisədə daha təcrübəli komandadı. Amma bizim də futbolçular böyük tamaşaçı auditoriyası qarşısında özünü itirməyib, nəyə qadir olduğunu göstərdi”.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right