Bu gün Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.
Newsport.az-ın məlumatına görə, ölkəmizi Avropada təmsil edən “Qəbələ” də növbəti matçına çıxacaq.
Roman Qriqorçukun komandası doğma meydanda Gürcüstanın “Dinamo” klubu ilə qarşılaşacaq.
Səfərdə keçirilən ilk oyunda rəqibinə uduzmasına (1:2) baxmayaraq komandamızın mərhələni keçəcəyinə ümidlər böyükdür.
Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 21:00-da başlayacaq.
9 iyul
Avropa Liqası, I təsnifat mərhələsinin cavab oyunu
21:00. “Qəbələ” (Azərbaycan) - “Dinamo” (Gürcüstan) - 2:0
Qollar: Asif Məmmədov, 87, Aleksey Antonov, 90+2
Qırmızı vərəqə: Laşa Totadze, 71 ("Dinamo")
(İlk oyun - 1:2)
Baş hakim: Amori Deleru (Fransa).
Qəbələ şəhər stadionu.
“Qəbələ”: Dmitri Bezotosnı, Vernidub, Rikardinyo, Ürfan Abbasov, Rafael Santos, Floresku, Rəşad Sadiqov, Cavid Hüseynov (k), Aleksey Qay, Sergey Zenyov, Aleksey Antonov
Ehtiyat oyunçular: Andrey Popoviç, Stankoviç, Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov, Asif Məmmədov, Samir Zərgərov, Dodo
“Dinamo”: Hridliçka, Totadze (k), Tvildiani, Rene Santos, Çelidze, Tsinçadze, Papunaşvili, Jiqauri, Çanturişvili, İaşvili, Kvilitaya
Ehtiyat oyunçular: Beqaşvili, Quruli, Parunaşvili, Janelidze, Lobjanidze, Kiteişvili, Arabuli