"İnter"in baş məşqçisi Zaur Svanadze Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Albaniyanın "Laçi" klubuna qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini açıqlayıb.
Newsport.az-ın məlumatına görə, o, bunları söyləyib:
"Çətin oyun olacaq. Yaxşı hazırlaşmışıq. Amma nəticənin necə alınacağını oyun göstərəcək. Rəqibi analiz etmişik. Onun güclü və zəif cəhətlərini bilirik. Qolsuz heç-heçənin bizi qane edəcəyini düşünmürük. Yuri Fomenko hələ də zədəlidir. Onun meydana çıxmasına son anda qərar verəcəyik. Mümkündür ki, onu Nizami Hacıyev əvəzləsin".