“İlk oyunda qazandığımız qələbəyə baxmayaraq, cütün taleyi həll olunmayıb”.
Newsport.az-ın Qəbələyə ezam olunmuş əməkdaşına verdiyi açıqlamasında bu sözləri Tiflis “Dinamo”sunun kapitanı Laşa Totadza deyib.
26 yaşlı futbolçu Qəbələyə məğlubiyyət üçün gəlmədiklərini bildirib: “Sabah bizi çox ağır oyun gözləyir. “Qəbələ” öz azarkeşləri önündə oynayacaq. Bu, onlar üçün üstünlükdür. Amma biz də təslim olmaq fikrində deyilik. Bura uduzmaq üçün gəlməmişik. İstədiyimiz nəticəni qazanmaq üçün əlimizdən gələni edəcəyik”.