"Dinamo"nun aparıcı üzvü Aleksandr İaşvili məşqdən öncə jurnalistlərin suallarını cavablandırıb:
- İlk olaraq, sabahkı görüş barədə fikirlərinizi bilmək istəyərdik.
- "Qəbələ" çox güclü komandadı. İlk oyun bunu göstərdi ki, rəqib kifayət qədər ciddi futbol oynayır. Çalışacağıq bacardığımız futbolu ortaya qoya qoyaq. Sabah kim daha diqqətli oynasa, o da qalib gələcək.
- "İnter"in heyətində bu stadionda oynamaq Sizə nəsib olub. Komanda yoldaşlarınızla bu barədə xüsusi söhbətiniz olub?
- "İnter" çox günlər keçirmişik. Bu gün də bəzi futbolçuları ilə əlaqə saxlayıram. Bəli, "Qəbələ"dən də tanıdığım, xoş münasibətdə olduğum futbolçular var. Ancaq 90 və ya 120 dəqiqə kəsiyində dostluq arxa plana keçir. Hər iki uğurlu nəticə əldə edib, mərhələ adlamaq istəyir. Düşünürəm ki, sabah futbolsevərlər maraqlı oyunun şahidi olacaqlar.
- Sizi qolsuz bərabərlik qane edir. Bu, oyunu müdafiədən qurmağınıza təsir göstərəcəkmi?
- Yox-yox, bu fikri ağlımızdan belə keçirmirik! Bizim öz oyun dəst-xəttimiz var. Qətiyyən müdafiədə oturmağı düşünmürük. Dediyiniz kimi oynasaq, məğlubiyyətdən qurtula bilmərik. 90 dəqiqə "Qəbələ" kimi komandaya qarşı müdafiədə yatmaq olmaz.
- Ötən oyunda olduqca xoş təsir bağışladınız. Ancaq matçdan sonra baş məşqçi "İaşvili 90 dəqiqə oynamağa hazır deyildi", açıqlamasını verdi. İndi necə, yenə hazır deyilsiniz?
- Bu suala cavab verə bilmərəm. Heyəti baş məşqçi müəyyənləşdirir. Kimi məsləhət bilsə, onu da oynadacaq. Bir şeyi dəqiq bilirəm ki, start heyəti hələ ki, müəyyənləşməyib.