UEFA Avropa Liqası I təsnifat mərhələsi cavab qarşılaşmasında səfərdə “Mladost”un qonağı olacaq “Neftçi”nin oyunu canlı yayımlanacaq.
Newsport.az-ın məlumatına görə, klub ilə Monteneqro televiziyası arasında gedən danışıqlar müsbət nəticələnib.
Azarkeşlərin oyuna olan marağını nəzərə alan “ağ-qaralar” yayım hüquqlarını əldə edib. Artıq “İdman Azərbaycan” telekanalı bu oyun üçün proqramda vaxt ayırıb. Avropa Liqasının I təsnifat mərhələsinin “Mladost” – “Neftçi” matçı Bakı vaxtı ilə sabah saat 23:30-dan etibarən bu kanal vasitəsilə canlı yayımlanacaq.