"İnter" "Laçi"nin kosovalı futbolçusuyla bağlı bəyanat yaydı

Bu gün ölkə mətbuatında Avropa Liqasının 1-ci təsnifat mərhələsinin "İnter"lə cavab oyunu üçün ölkəmizə gələn "Laçi"nin kosovalı oyunçusu Argend Mustafanın Azərbaycana buraxılmaması xəbəri yayıldı. Belə ki, Azərbaycan Kosovanı müstəqil ölkə kimi tanımadığından, bu ölkənin vətəndaşının ölkəmizə keçməsinə icazə verilməyib. Məsələylə bağlı "İnter" bəyanat yayıb.

Newsport.az bəyanatı olduğu kimi təqdim edir:

"Məlum olduğu kimi, iyulun 9-da "İnter" UEFA Avropa Liqasının birinci mərhələsi çərçivəsində Albaniyanın "Laçi" komandasını qəbul edəcək. Albaniya təmsilçisi artıq Bakıdadır və sabah saat 21.00-da qarşılaşma baş tutacaq. Ancaq bu gün bəzi elektron informasiya saytlarında belə bir məlumat yayılmışdır ki, guya Albaniyanın kosovalı futbolçusu Argend Mustafa Azərbaycana buraxılmamışdır.

"İnter" PİK-in rəhbərliyi bəyan edir ki, Azərbaycan Respublikasının Kosovanı müstəqil dövlət kimi tanımadığına görə adı çəkilən futbolçuya viza verilməsinin mümkün olmayacağı barədə "Laçi" klubunun rəhbərliyinə rəsmi məlumat göndərmişdi.

Bəzi saytlarda qeyd edildiyi kimi, "Laçi" klubunun rəhbərliyi Argend Mustafanın Azərbaycana buraxılmayacağı xəbərini İstanbul hava limanında almamışdır.  AFFA kosovalı futbolçu ilə bağlı UEFA-nı da məlumatlandırmışdır. "İnter"PİK-in rəhbərliyi bəyan edir ki, qonaq komandanın Azərbaycana gəlməsi üçün zəruri olan bütün tələbləri yerinə yetirmişdir". 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right