"Komanda oyuna psixoloji cəhətdən hazırdı. Bilirik ki, elə şeylər var ki, onları düzəltməliyik. İnanıram ki, onu tez bir anda düzəldəyəcəyik. Qələbəy köklənmişik. Vurulan tez qol hər zaman yaxşıdı. Bu qol vuran komandaya güvn verir. Sabahkı oyunda birincisindən fərqli oynayacağıq".
Newsport.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk sabah Avroliqanın I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Dinamo”ya qarşı baş tutacaq görüş öncəsi keçirdiyi mətbuat konfransında deyib.
Ukraynalı mütəxəssis daha sonra bunları deyib:"Sabah daha yaxşı oynamalıyıq. Bu bizi əsas maraqlandıran məqamdı. Yüksək nəticələrə çatmaq üçün yaxşı oyun göstərməliyik. Heyəti hələ ki, tam dəqiqləşdirməmişəm. Sabah bu barədə daha dəqiq bilinəcək. Oyunçularımız yenidi və oyun stilimizə uyğunlaşmaları üçün vaxt lazımdı. Sabah oyunumuz ideal olmaya da bilər. Bunun üçün vaxt lazımdı".
"Biz hər dəfə 5:0 qalib gəlmək istəyirik. Tək "Dinamo" ilə oyunda bütün oyunlarda 5:0 qalib gəlmək istəyirik. İndi necə alınacaq, bunu oyun göstərəcək".
"Deyə bilmərəm ki, komandamız fiziki olaraq 120 dəqiqəyə tam hazırdı. Təbii ki, zamanla hər şey düzəcələk. Biz rəqib komanda haqda hər bir informasiyaya malikik. Papunaşvili "Dinamo"nun bombardiridi. Ancaq biz tək ona deyil, bütün "Dinamo"ya qarşı müdafiə olunacağıq. Sabah oyuna kim çıxacaq hamısı sərkərdələrdi. Oyunu onlar həll edir".
"Açığı penatilər haqda düşündüm. Amma hazırlaşmadıq. Çünki düşündüm ki, penaltilərə hazırlaşsaq, deməli biz bu hesabla razılaşırıq. Ona görə heç penaltilərə hazırlaşmadıq".