"Rəqibimiz kimi biz də növbəti mərhələyə keçmək istəyirik"

“Mladost”un futbolçusu Marko Skepanoviç “Neftçi”ylə cavab oyunu barədə  Monteneqro mətbuatına danışıb.

Newsport.az-ın məlumatına görə, o, “Neftçi” səddini keçəcəklərinə əmin olduğunu bildirib:

"Bakıda olan hər kəs stadiondakı atmosferi gördü. Əmin olduq ki, "Neftçi" Azərbaycanın böyük klublarından biridir. Buna görə də cavab matçının çətin keçəcəyini düşünürəm. Çünki 2:2 hesabı rəqibimizi qane etmir.

Rəqibimiz kimi biz də növbəti mərhələyə keçmək istəyirik. İlk oyunda bunu bacara biləcəyimizi göstərdik.
Lakin cavab matçında azarkeşlərimizin dəstəyinə ehtiyacımız olacaq. Yalnız onların sayəsində növbəti mərhələyə vəsiqə qazana bilərik. Ümid edirəm ki, stadion dolu olacaq. İlk görüşdən yaxşı nəticə ilə ayrılmışıq. Ancaq nəzərə almalıyıq ki, hər bir oyun 0:0 hesabı ilə başlayır. Ona görə diqqətli olmalıyıq. Sadəcə meydana çıxıb, öz oyunumuzu oynamalıyıq.

Sabah keçiriləcək "Mladost" - "Neftçi" oyunu Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. Bu komandalar arasında Bakıda keçirilən ilk oyunda 2:2 hesabı qeydə alınıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right