"İlk oyunun heç-heçə başa çatması ədalətsizlik idi"-“Laçi”ın futbolçusu

Albaniyanın “Laçi” klubunun futbolçusu Eryon Vuçay “İnter”lə cavab oyunu barədə danışıb.

Newsport.az-ın məlumatına görə, Vuçay Avropa Liqasının I təsnifat mərhələsinin “İnter”lə Bakıdakı cavab oyunu haqda nikbin danışıb: “İnter”lə Bakıdakı qarşılaşmada öz oyunumuzu nümayiş etdirməliyik. Baş məşqçimiz də bizdən sınmamağı xahiş edib

Biz də səfər oyununda öz qüvvəmizə inanıb, bacarığımızı nümayiş etdirməliyik. İlk oyun göstərdi ki, rəqib heç də adına uyğun səviyyədə deyil. Belə olan halda, niyə də Avropa Liqasında mərhələ keçməyək? Düzdü, öz meydanımızda qol buraxmağımız əleyhimizədi. Amma əminəm ki, səylə çalışmağımız nəticəsini verəcək. İlk oyunun heç-heçə başa çatması ədalətsizlik idi. Hamı gördü ki, biz qalib gəlməli idik. İnanıram ki, cavab oyununda istəyimizə çatacağıq”.

“Laçi” və “İnter” arasında Albaniyada keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatrıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right