"Barselona" "Napoli" ilə heç-heçə etdi, "Borussiya" uduzdu Yenilənir

Bu gün UEFA Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, 8 qarşılaşmanın hamısı eyni gündə oynanılıb.

"Barselona" İtaliya "Napoli"sinin müqavimətini qıra bilməyib - 1:1. "Borussiya" (Dortmund) evdə "Reyncers"ə uduzub - 2:4. 

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo" (Zaqreb, Xorvatiya) komandası İspaniyada "Sevilya"nın qonağı olub. Oyunçumuzun komandası 1:3 hesabı ilə uduzub. 

17 fevral

UEFA Avropa Liqası

Pley-off mərhələsi

21:45. "Barselona" (İspaniya) - "Napoli" (İtaliya) - 1:1

Qollar: Torres, 59, pen – Zielinski, 29 

21:45. "Zenit" (Rusiya) - "Betis" (İspaniya) - 2:3

Qolar: Dzyuba, 25, Malkom, 28 – Rodriqes, 8, Uillian Joze, 18, Quadrado, 41

21:45. "Şerif" (Moldova) - "Braqa" (Portuqaliya) - 2:0

Qollar: Till, 43, Traore, 83

21:45. "Borussiya" (Dortmund, Almaniya) - "Reyncers" (Şotlandiya) - 2:4

Qollar: Bellinqem, 51, Qerreyro, 82 – Tavernyer – 38 pen., Morelos, 41, Lundastram, 49, Zaqadou, 54 (avtoqol)

00:00. "Sevilya" (İspaniya) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 3:1

Qollar: İvan Rakitiç, 13 pen. (1:0), Mislav Orsiç, 41, (1:1), Lukas Okampos, 44 (2:1), Martial, 45+1 (3:1)

00:00. "Atalanta" (İtaliya) - "Olimpiakos" (Yunanıstan) - 2:1

Qollar: Dyimsiti, 61, 63 - Suares, 16 

00:00. "Leyptsiq" (Almaniya) - "Real Sosyedad" (İspaniya) - 2:2

Qollar: Nkunku, 31, Forsberq, 82, pen. - Le Normand, 9, Oyarzabal, 64 pen.

00:00. "Portu" (Portuqaliya) - "Latsio" (İtaliya) - 2:1

Qollar: Martines, 37, 49 – Zakkaqni, 23

Qeyd edək ki, cavab qarşılaşmaları bir həftə sonra olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right