Azərbaycanı Avropa Liqasında təmsil edən "Neftçi" bu gün səhər saatlarında Monteneqroya yola düşüb.
Newsport.az-ın məlumatına görə, Bakı təmsilçisi iyulun 9-da Podqoritsada "Mladost"la I təsnifat mərhələsinin cavab görüşünə çıxacaq. Matç Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
Qeyd edək ki, bu komandalar arasında ilk oyun 2:2 hesabı ilə nəticələnib.