"İnter"in hücumçusu Rauf Əliyev Avropa Liqasının birinci təsnifat mərhələsində Albaniyanın "Laçi" klubuna qarşı keçirdikləri ilk oyunu şərh edib.
Newsport.az-ın məlumatına görə, açıqlamasında o, bunları söyləyib:
"Biz bir qol vurduq. Amma daha çox qol vurmaq şansımız var idi. Kollektivimiz yenidir. Birgə çox az məşq etmişik, təxminən 10 gündür bir aradayam. Bütün bunları nəzərə alsaq, Albaniyadakı heç-heçə pis nəticə sayılmamalıdır. Bakıda uğur qazanmağa çalışacağıq. Rəqibimiz zəif olmasa da, şansımız pis deyil". (azerisport)