Avropa Liqasının "Qəbələ" - "Dinamo" (Tiflis) matçını televiziya vasitəsi ilə canlı izləmək mümkün olacaq.
Newsport.az-ın məlumatına görə, qarşılaşmanı "İdman Azərbaycan" kanalı efirə verəcək. Oyun iyulun 9-da keçiriləcək. Qəbələ şəhər stadionunda baş tutacaq matç saat 21.00-da başlayacaq.
Komandalar arasında iyulun 2-də Tiflisdə baş tutmuş oyun "Dinamo"nun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.