"Narazı deyiləm. Biz rəqibdən daha üstün oynadıq. Qələbəyə layiq idik. Amma səhvlər futbolun ayrılmaz hissəsidir. Bu da nəticəyə təsir etdi".
Newsport.az-ın məlumatına görə, bu sözləri "Laçi"nin baş məşqçisi Armando Kunqu Avropa Liqasının I təsnifat mərhələsində "İnter"lə 1:1 bərabərə qaldıqları oyundan sonra deyib.
Təcrübəli mütəxəssis komandasının "İnter" səddini keçə biləcəklərini vurğulayıb: "İlk hissədə üstünlük bizim tərəfdə idi. Bir neçə epizodda səhvlərimiz oldu ki, bu da bizə problemlər yaratdı. Bununla belə, komandam "İnter"dən daha yaxşı oynadı. Bunu həm oyun, həm də yaradılan qol imkanlarından görmək mümkün idi.
"İnter" cərimə zərbəsindən vurduğu qoldan başqa heç nə etmədi. Nimani və Ceyms boş qapını nişan ala bilmədi. Lakin mərhələ keçmək şansımız qalır. Bunun üçün ilk növbədə Bakıdakı görüşdə müdafiədə diqqətli oynamalıyıq".
Qeyd edək ki, bu komandalar arasında cavab matçı iyulun 9-da, Bakıda keçiriləcək.