"İlk dəqiqələrdən rəqib kəskin hücumlar edəcəyini bilirdik. Biz də ilk hissədə rəqibdən çəkindiyimiz üçün çox pis futbol oynadıq. Komandamız gec özünə gəldi. Rəqib qırmızı vərəqə aldıqdan sonra sıxmağa başladıq. Amma yenə də nəsə çatmırdı, hücumları məntiqi sonluqla başa çatdıra bilmirdik".
Bu sözləri Newsport.az saytına açıqlamasında "Qəbələ"nin üzvü Cavid Hüseynov "Dinamo" ilə görüşdən sonra deyib.
Bu gün hücumda çox zəyif çıxış elədik. Düşünürəm ki, şanslarımız 50-50-dir. Doğma meydanda tam başqa cür futbol oynayacağıq. İnanıram ki, mərhələni keçən biz olacağıq. Məğlub olduğumuz üçün vurquğum qolun sevincini də yaşaya bilmirəm. Demək olmaz ki, rəqib qırmızı kart aldıqdan sonra komandamız hücuma atılıb müdafiəni boş qoydu. Sadaəcə olaraq uşaq səhvlərindən qolları buraxdıq.
Yeni futbolçularımız haqqında nəsə demək tezdir. Onların komandaya necə yararlı olacağını zaman göstərəcək".