"Dinamo"nun baş məşqçisi: "Hakimin qərarını müzakirə etmək istəmirəm"

"Alqışlarınız üçün çox sağolun. Amma düşünürəm ki, çox tezdi. Çünki qarşıda cavab oyunu var. Çətin oyun oldu. On nəfərlə qaldıq. Bu daha da çətin oldu bizə. Buna baxmayaraq on nəfərə qalsaq da, gənclər oyunu qazana bildi. İaşvilinin oyunu da diqqətinizə çatdırım. Onun meydana daxi olması çox şeyi dəyişdi. Düşünmürəm ki, qapıçımız ən zəif idi. Yaxşı da dayandı. Hakimin qərarını müzakirə etmək istəmirəm".

Newsport.az-ın Tiflisə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bu sözləri "Dinamo"nun (Tiflis) baş məşqçisi Qia Qequçadze Avropa Liqasının birinci təsnifat mərhələsində "Qəbələ"yə 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.

 

"Düzdü "Qəbələ"nin qol epizodları daha çox oldu. Ancaq unutmayaq ki, rəqibin heyətincə təcrübəli futbolçular var. Amma birinci yarıda biz daha çox epizod yaratdıq. Sadəcə on nəfərlə qaldıqdan sonra məcbur olaraq müdafiəyə daha çox fikir verdik. Meydanda azlıqda qalanda məcbursan başqa cür futbol oynayasan".

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right