"Bakıda yaxşı nəticəyə ümid edirik" – "Mladost"un futbolçusu

"Bu gün güclü rəqiblə qarşılaşacağıq. "Neftçi" bizimlə müqayisədə böyük büdcəyə və yaxşı əcnəbi futbolçulara malikdir".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Mladost"un yarımmüdafiəçisi Mirko Rayçeviç Monteneqro mətbuatına açıqlamasında deyib.

Avropa Liqasının I təsnifat mərhələsinin ilk matçı çərçivəsində bu gün "Neftçi" ilə qarşılaşacaqları oyun haqda danışan Rayçeviç Bakıda yaxşı nəticəyə ümid etdiklərini bildirib:

"Yəqin ki, rəqibin futbolçuları hazırda pik formada deyil. Çünki "Neftçi"də xeyli yeni futbolçular var. Ancaq biz rəqibə hörmətlə yanaşırıq. Özümüzə inanırıq və Bakıda yaxşı nəticəyə ümid edirik".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right