“Neftçi” favoritdi - mən buna önəm verməyən məşqçilərdənəm”

Avropa Liqasının I təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan “Mladost”un baş məşqçisi Nikola Rakoyeviç yerli mətbuata açıqlama verib.

Newsport.az-ın məlumatına görə, monteneqroluların çalışdırıcısı bakılıların cütün favoriti olduğunu bildirib: “Neftçi” haqqında məlumatlar toplamışam. Onların heyətində 3 braziliyalı və bir neçə legioner var. İlk oyundan maksimum gücümüzü ortaya qoyacağıq. Təbii ki, “Neftçi” favoritdi. Ancaq bu, hər şey demək deyil. İlk matçın evdə və ya səfərdə olmasının bizim üçün əhəmiyyəti yoxdu. Mən buna önəm verməyən məşqçilərdənəm”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right