"Neftçi" "Mladost"la bərabərə qaldı YENİLƏNİB

"Neftçi" Avropa Liqasının I təsnifat mərhələsində ilk matçına çıxacaq.

Newsport.az-ın məlumatına görə, "ağ qaralar" bu gün öz meydanında Monteneqronun "Mladost" klubunu qəbul edəcək.

Rəqibi ilə müqayisədə avrokuboklarda böyük təcrübəyə malik "Neftçi" bu oyunun favoriti hesab olunur. Lakin Samir Əliyevin komandası bu görüşə ciddi itkilərlə çıxacaq.

Erik Ramos və Kaue da Silva cəza, Flavinyo isə zədə səbəbindən bu gün meydana çıxa bilməyəcək. Görüş saat 21:00-da başlayacaq.

Qeyd edək ki, bu komandalar cavab görüşü bir həftə sonra Monteneqroda keçiriləcək.

 

 

2 iyul

Avropa Liqası, I təsnifat mərhələsinin ilk oyunu

21:00. "Neftçi" (Azərbaycan) – "Mladost" (Monteneqro) 2-2

Qollar: Laqator, 34 (0:1), Kamal Qurbanov, 36 (1:1), Araz Abdullayev, 55 (2:1), Mirkoviç, 87 (2:2) 
Hakimlər: Ali Palabıyık, Cem Satman, Ceyhun Sesigüzel, Dördüncü hakim: Hakan Ceylan (hamısı Türkiyə)
Bakı. 8-ci km qəsəbə stadionu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right