"İnter" səfərdən sərfəli nəticə ilə dönür YENİLƏNİB

Bu gün Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində növbəti görüşlər keçiriləcək.

Newsport.az-ın məlumatına görə, klublarımızdan meydana ilk olaraq Bakı "İnter"i çıxacaq.

Paytaxt təmsilçisi Albaniyada "Laçi"nin qonağı olacaq. Bu görüşün start fiti saat 20:30-da veriləcək.

Maliyyə problemləri ilə üzləşən "İnter" bu cütün favoriti hesab olunur. Bu görüş "İnter"in baş məşqçisi Zaur Svanadzenin ilk avrokubok sınağı olacaq.

Qeyd edək ki, bu komandalar cavab görüşü bir həftə sonra Bakıda keçiriləcək.

 




2 iyul

Avropa Liqası, I təsnifat mərhələsinin ilk oyunu

20:30. "Laçi" (Albaniya) - "İnter" (Azərbaycan) 1-1

Qollar: Meto, 20 (1:0), Nika Kvekveskiri, 47 (1:1)
Hakimlər: Karlos del Kerro, Xuan Yuste, Abraham Alvares Santon, İnaki Visente Qarrido (hamısı İspaniya)
Albaniya, Laçi. "Laçi" stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right