Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları davam edir.
Newsport.az-ın məlumatına görə, təmsilçilərimizdən "Qəbələ" bu gün ilk oyununa çıxacaq.
Roman Qriqorçukun komandası Gürcüstanda "Dinamo"nun qonağı olacaq. Ardıcıl ikinci dəfə avrokuboklara qatılan Qəbələ təmsilçisi ötənilki uğursuzluğu unutdurmağa çalışacaq. Bunun üçün "Qəbələ" Tiflisdən uğurlu nəticə ilə qayıtmağa çalışacaq. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qeyd edək ki, bu komandalar cavab görüşü bir həftə sonra Qəbələdə keçiriləcək.
2 iyul
Avropa Liqası, I təsnifat mərhələsinin ilk oyunu
21:00. "Dinamo" (Gürcüstan) – "Qəbələ" (Azərbaycan) 2-1
Qollar: Jaba Jiquari, 65 (1:0), Cavid Hüseynov, 74 (1:1), Papunaşvili, 84 (2:1)
Qırmızı vərəqə: Qvelesiani, 51 ("Dinamo")
Hakimlər: Roi Reynşreyber, David Elias Biton, İdan Yarkoni (hamısı İsrail)
Tiflis. Boris Payçadze adına “Dinamo Arena” stadionu