Sabah Avropa Liqasının ilk təsnifat mərhələsi çərçivəsində Monteneqro "Mladost"unu qəbul edəcək "Neftçi"nin baş məşqçisi Samir Əliyevin bu gün mətbuat konfransı keçirilib.
Newsport.az-ın məlumatına görə, baş məşqçi sabahkı oyunda heç bir problemlərinin olmayacağını bildirib:
"Komandadan 10 futbolçu ayrılıb. Strategiyanı dəyişib gənclərə üstünlük veririk. Ayın 18-də məşqlərə başlayıb üç yoxlama görüşü keçirdik. Hamını yoxlayıb güclü və zəif cəhətlərini gördük. Komandamızda bütün futbolçular gəncdi. Fikrimcə, sabah heç bir problem olmayacaq.
Oyunu təhlil etmişik, rəqibin zəif cəhətlərindən istifadə etməyə çalışacağıq. Futbolçularımızda irəliləyiş var. Start heyətini müəyyən etmişəm. Səbrli olun, sabah mübariz komanda görəcəksiz. Bu cavan futbolçuların gənc məşqçiylə nəyə qadir olduğunu görəcəksiz. "Mançester Yunayted" kimi komandada Lui van Qal bir ildi ki, heç nə edə bilmir. Biz də bu tezliklə heç nə edə bilmərik".