Tiflis "Dinamo"sunun baş məşqçisi Qiya Qequçadze Avroliqanın ilk təsnifat mərhələsinin "Qəbələ" ilə oyunu öncəsi fikirlərini bildirib.
Newsport.az-ın məlumatına görə, o, qısaca bu fikirləri bildirib.
"Oyun çox çətin keçəcək. Açığı, "Qəbələ"nin son oyunlarını izləməmişəm. Düşünürəm ki, rəqib çox güclü komandadır. Bizdə 2 futbolçu zədəlidir. Bunlar müdafiəçi Otar Kakabadze və hücumçu Davit Volkovidir".