Roman Qriqorçuk: "Bizi sabah 5:0 hesablı qələbə qane edir"

Bu gün "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avroliqanın ilk təsnifat mərhələsinin "Dinamo" (Tiflis) ilə oyunu öncəsi fikirlərini bildirmək üçün mətbuat konfransına çıxıb.
 
Newsport.az-ın Tiflisə ezam olunmuş əməkdaşı həmin fikirləri təqdim edir.
 
"Dinamo"nun çox yaxşı baş məşqçisi var. Bu komandaya hörmət edirəm. Mən yalnız öz oyunumuz, öz komandam haqda danışa bilərəm. Deyə bilərəm ki, biz mərhələ keçmək istəyirik. Çalışmışıq ki, maksimum hazırlaşıb mərhələ keçək. "Dinamo" haqda az məlumatımız yoxdur. Son aylardakı matçlarını izləmişik. Deyə bilmərəm ki, "Dinamo"nun oyun üslubu xoşuma gəlmir. Sadəcə deyə bilərəm ki, sabah azarkeşlər maraqlı oyun izləyəcək.

Əlbəttə ki, komandada yeni oyunçular var və onların komandaya uyğunlaşması üçün zamana ehtiyac var. Ancaq onların təcrübəsi var və sabahkı oyunda belə çətinlik çəkəcəklərini düşünmürəm.

Heyətdə yeni oyunçular olsa da, üslubumuz dəyişməyib. Elə oyunçuları komandaya götürmüşük ki, onlar köhnə oyun üslubumuzun pozulmasına səbəb olmayacaq, əksinə daha da təkmilləşdirəcək. 

Bizi sabahkı oyunda heç-heçə yox, 5:0 hesablı qələbə qane edir (gülür). Nəticəyə oynayacağıq. Amma təbii ki, bu o demək deyil ki, bütün oyunu müdafiə üzərində quracağıq".

Qeyd edək ki, "Dinamo" - "Qəbələ" oyunu sabah Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right