"Laçi"nin baş məşqçisi: "İnter" səddini keçmək üçün..."

"Hər bir futbolçu müəyyən fiziki göstəricilərə malikdir. Onlardan tələb olunan tapşırığın maksimum yerinə yetirilməsinə çalışıram. Düzdür, bəzi futbolçularla bağlı müəyyən problemlər oldu, ancaq ümumilikdə hazırlıqdan razı qaldım".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Laçi" klubunun baş məşqçisi Armando Kunqu Albaniya mətbuatına açıqlamasında deyib.

Avropa Liqasının I təsnifat mərhələsində qarşılaşacaqları "İnter"lə oyuna toxunan təcrübəli mütəxəssis ilk görüşün önəmli olduğunu bildirib: "Kukesi" ilə avrokuboklarda mərhələ keçdim. Ancaq bu, "Laçi"də eyni uğuru təkrarlaya biləcəyim anlamına gəlməməlidir. "İnter" səddini keçmək üçün əlimdən gələni edəcəm. Komandalar arasında ciddi fərq görmürəm. Azarkeş dəstəyi bizim üçün böyük əhəmiyyət kəsb edir. Hər bir azarkeş komandasının mərhələ adlamasını istəyir. 

Bunun üçün biz də oyuna ciddi yanaşmalı və bütün gücümüzü ortaya qoymalıyıq. Futbolçulara 90 dəqiqə ərzində ehtiyatlı oynamağı tapşırmışam. Komandamın məqsədinə nail olması üçün ilk oyunun nəticəsi çox önəmlidir. Lakin cütün taleyi iki oyunda həll olunur. Bu səbəbdən hər iki matça ciddi hazırlaşmalı və diqqətli oynamalıyıq".

Qeyd edək ki, iyulun 2-də keçiriləcək "Laçi" - "İnter" oyunu Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right