Avropa Liqasının birinci təsnifat mərhələsində Albaniyanın "Laçi" klubu ilə qarşılaşacaq olan "İnter" Bakıdakı hazırlıqlarını başa vurub.
Newsport.az-ın məlumatına görə, "bankirlər" bu gün axşam saatlarında Albaniyaya yola düşür. Komanda sabah və iyulun 1-i bir məşqlə kifayətlənəcək.
"Laçi" - "İnter" matçı iyulun 2-si saat 20:30-da start götürəcək.