2015-2016-cı il futbol mövsümü start götürür
Newsport.az-ın məlumatına görə, UEFA Çempionlar Liqası və Avropa Liqasının püşkü atılıb. Klublarımızdan əlavə bu turnirdə ölkəmizi hakimlər də təmsil edəcək. AFFA-nın yaydığı xəbərə görə ilk təsnifat mərhələsində “Beroe Stara Zagora” (Bolqarıstan) – “Atlantas” (Litva) oyununu Orxan Məmmədov, “Dudelange” (Lüksemburq) – “University College Dublin” (İrlandiya) matçını isə Rəhim Həsənov idarə edəcək.
9 iyul
“Beroe Stara Zagora” (Bolqarıstan) – “Atlantas” (Litva)
Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Vaqif Musayev, Ramil Əhmədov
“Dudelange” (Lüksemburq) – “University College Dublin” (İrlandiya)
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Rza Məmmədov, Əliyar Ağayev