Çempionlar Liqasının ikinci təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Rudar" matçının tarixi dəqiqləşib.
Bu barədə Newsport.az-a "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib.İyulun 15-də baş tutacaq qarşılaşma saat 21:00-da başlanacağı gözlənilir. Amma matçın 21.30-da start götürəcəyi də istisna deyil.
Ağdam təmsilçisi Monteneqro klubunu Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək.