"Neftçi"nin ilk oyununun yeri dəyişdirildi

Avropa Liqasının ilk təsnifat mərhələsində keçiriləcək Monteneqroda keçirilməsi nəzərdə tutulan "Mladost" - "Neftçi" matçının yeri dəyişdirilib.

Newsport.az-ın məlumatına görə,bu barədə sayytımıza "Neftçi"nin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.


UEFA-nın qaydalarına görə, bir şəhərin iki komandası eyni gündə öz meydanında oyun keçirə bilməz. Bakı "İnter"inin də Avropa Liqasındakı oyunu eyni günə təsadüf etdiyindən klubların qarşılıqlı razılığı əsasında ilk olaraq "Neftçi" "Mladost"u qəbul edəcək.

İyulun 2-si 8-ci kilometr qəsəbə stadionunda baş tutacaq oyunun saat 21:00-da başlanması nəzərdə tutulub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right