"İnter", "Neftçi" və "Qəbələ"nin rəqibləri bəlli oldu YENİLƏNİB

Bu gün Avropa Liqasının I və II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilir.

Newsport.az-ın  məlumatına görə, İsveçrənin Nyon şəhərində baş tutacaq  tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayıb.
 
Mübarizəyə I təsnifat mərhələsindən qoşulacaq hər üç təmsilçimiz – “İnter”, “Neftçi” və “Qəbələ”nin rəqibləri müəyyənləşib.
 

"Qəbələ" Gürcüstanın "Dinamo" klubu ilə qarşılaşacaq. Komanda ilk oyununu səfərdə keçirəcək. 

"İnter" isə Albaniyanın "Laçi" klubu ilə üz-üzə gələcək. Paytaxt təmsilçisi də ilk matçını səfərdə oynayacaq. 

"Neftçi" Monteneqronun "Mladost" klubunu sınağa çəkəcək. Bu komandalar arasında ilk oyun Monteneqroda baş tutacaq.

Qeyd edək ki, Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları iyulun 2-də, cavab qarşılaşmaları  iyulunda 9-da keçiriləcək.



I təsnifat mərhələsinin cütlükləri 


"Dinamo" (Gürcüstan) - "Qəbələ" (Azərbaycan)

"Laçi" (Albaniya) - "İnter" (Azərbaycan)

"Mladost" (Monteneqro) - "Neftçi" (Azərbaycan)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right