Mahir Emreli "Lester"ə qarşı start heyətdə

Avropa Liqasında qrup mərhələsinin 2-ci turunun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, C qrupunda azərbaycanlı futbolçu Mahir Emrelinin çıxış etdiyi Polşanın "Legiya" klubu öz meydanında İngiltərə "Lester"ini qəbul edir. 

Komandaların bu görüşdə meydana çıxacağı heyətlər müəyyənləşib. Mahir Emreli qarşılaşmaya ilk 11-likdə başlayacaq.

Qeyd edək ki, "Legiya" - "Lester" matçı Bakı vaxtilə saat 20:45-də start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right