"Legiya" Mahirin qolu ilə "Lester"ə qalib gəldi

Millimizin futbolçusu Mahir Emrelinin şərəfini qoruduğu "Legiya" bu gün Avropa Liqasında növbəti oyununa çıxıb.

Newsport.az-ın məlumatına görə, Varşava təmsilçisi  C qrupunun 2-ci turunda doğma meydanda İngiltərə "Lester"ini qəbul edirb  Start heyəyətdə meydana çıxan Emreli görüşün 31-ci dəqiqəsində hesabı açıb. Bu, oyunda yeganə qol olub. Beləliklə, 24 yaşlı hücumçu komandasına vacib qələbə qazandırıb.

Mahir Emreli matçın 83-cü dəqiqəsində əvəzlənib. O, meydanı tərk edərkən rəqib futbolçusu Meddinsonla mübahisə edib və hakim hər iki oyunçuya sarı vərəqə göstərib.

Qrupun digər matçında Moskva "Spartak"ı səfərdə "Napoli"yə qalib gəlib - 3:2.

Qeyd edək ki, ilk turda "Spartak"ı 1:0 hesabı ilə məğlub edən "Legiya" hazırda 6 xalla C qrupunda liderdir.

30 sentyabr

20:45. "Legiya" (Polşa) - "Lester" (İngiltərə) - 1:0 

Qol: Mahir Emreli, 31





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right