Mahirin qolları "Legiya"nı Avroliqanın qrup mərhələsinə yüksəltd

Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, Azərbaycan milli komandasının üzvü Mahir Emrelinin çıxış etdiyi Polşanın "Legiya" klubu öz meydanında Çexiya "Slaviya"sını qəbul edib. Qarşılaşma Varşava təmsilçisinin 2:1 hesablı qələbəsiylə yekunlaşıb.

İlk oyun 2:2 hesablı bərabərliklə başa çatdığı üçün "Legiya" Avropa Liqasının qrup mərhələsinə yüksəlib.

Qeyd edək ki, Mahir Emreli bu görüşə start heyətdə başlayıb və 80-ci diqəqədə əvəzlənib. 24 yaşlı hücumçu komandasının hər iki qolunun müəllifi olub. O, 59 və 70-ci dəqiqələrdə fərqlənib.

 

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right