Avropa Liqası: Pley-off mərhələsinə start verilir Yenilənir

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk oyunlarına start veriləcək.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə bir qarşılaşma keçiriləcək. Serbiyanın “Srvena Zvezda” komandası doğma meydanda Rumıniya ÇFR-ini qəbul edəcək.

Pley-off mərhələsinin digər oyunları 18 və 19 avqustda keçiriləcək. 3-cü mərhələdə “Neftçi”ni mübarizədən kənarlaşdıran Finlandiyanın HJK komandası bu mərhələdə “Fənərbaxça” ilə qarşılaşacaq. Türkiyənin digər təmsilçilərindən “Qalatasaray”ın rəqibi isə Danimarka “Randers”i olacaq.

Azərbaycanlı hücumçu Mahir Emrelinin çıxış etdiyi “Legiya” pley-offda Çexiyanın “Slaviya” komandası ilə üz-üzə gələcək.

Avropa Liqası, pley-off mərhələsi, ilk oyunlar

17 avqust

23:00 Srvena Zvezda (Serbiya) – ÇFR (Rumıniya)

18 avqust

22:45 Seltik (Şotlandiya) – Alkmaar (Niderland)

19 avqust

21:00 Slaviya (Praqa, Çexiya) – Legiya (Polşa)
21:00 Omoniya (Kipr) – Antverpen (Belçika)
21:00 Randers (Danimarka) – Qalatasaray (Türkiyə)
22:00 Mura (Sloveniya) – Şturm (Avstriya)
22:45 Fənərbaxça (Türkiyə) – HJK (Finlandiya)
23:00 Olimpiakos (Yunanıstan) – Slovan (Slovakiya)
23:00 Reyncers (Şotlandiya) – Alaşkert (Ermənistan)
23:00 Rapid (Avstriya) – Zarya (Ukrayna)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right