Klublarımızın Avropa Liqasındakı bütün potensial rəqibləri

2015/2016 mövsümündə ölkəmizi Avropa Liqasında ölkəmizi təmsil edəcək klublarımızın bütün rəqibləri müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, klublarımız hər üçü - "İnter", "Qəbələ" və "Neftçi" mübarizəyə I təsnifat mərhələsindən başlayacaq.

İyunun 22-də keçiriləcək püşk zamanı "İnter" və "Neftçi" səpələnmişlər səbətində yer alacaq ki, bu da komandalarımızın nisbətən zəif rəqiblərlə qarşılaşmasına şərait yaradacaq.

Tarixi ərzində ikinci dəfə Avropa Liqasında çıxış edəcək "Qəbələ" səpələnməmişlər səbətində qərarlaşacaq. Bu isə o deməkdir ki, "qırmızı qaralar" turnirin ilkin təsnifat mərhələsində nisbətən güclü rəqiblə üz-üzə gələcək

Qeyd edək ki, Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları iyulun 2-də, cavab qarşılaşmaları  iyulunda 9-da keçiriləcək.

 

 
"İnter" və "Neftçi"nin potensial rəqibləri: "Çukariçki" (Serbiya), "Selye" (Sloveniya), Ferensvaroş” (Macarıstan), "Nomme Kalyu", "Flora" (Estoniya), "Sutyeska" (Monteneqro), "Skonto" (Latviya), "Vikinqur" (Farer adaları), "Renova" (Makedoniya), "Odd Qrenland" (Norveç), "Kukesi" (Albaniya), "Skendiya" (Makedoniya), "Kayrat" (Qazaxıstan), "Ordabaşı" (Qazaxıstan), MTK (Macarıstan), "Şirak" (Ermənistan), "Mladost" (Monteneqro), "Laçi" (Albaniya),"Ulises" (Ermənistan), "Saxan" (Moldova), "Qlentoran" (Şimali İrlandiya), VPS (Finlandiya), "Dinamo" (Batumi, Gürcüstan), "Spartak" (Gürcüstan), "Slima" (Estoniya), "Lusitanos" (Andorra), SJK (Finlandiya), "Lahti" (Finlandiya), "Vikinqur" (İslaniya), "Jelqava" (Latviya), NSİ (Farer adaları), "Sent-Culiya" (Andorra), "Atlantas" (Litva), "Qlenavon" (Şimali İrlandiya), "Kork Siti" (İrlandiya), UCD (İrlandiya), "Kruoya" (Litva), "La Fiorita" (San Marino), "Eirbas" (Uels), "Partizani" (Albaniya), "Proqres" (Lüksemburq), "Trakai" (Litva), "Spartaks" (Latviya), "Balzan" (Malta), "Bala Taun" (Uels), "Nyu Taun" (Uels), "Yuvenes" (San Marino), "Alaşkert" (Ermənistan), "Kollec" (Cəbəllütariq)


"Qəbələ"nin potensial rəqibləri: "Vest Hem" (İngiltərə), "Şerif" (Moldova), "Rusenburq" (Norveç), "Elfsborq" (İsveç), "Hayduk" (Xorvatiya), "Apollon" (Kipr), "Omoniya" (Kipr), "Slovan" (Slovakiya), AİK (İsveç), "Slask" (Polşa), "Jilina" (Slovakiya), "Aktobe" (Qazaxıstan), “Qo Ehed İqls” (Hollandiya), "Srvena Zvezda" (Serbiya), "Debretsen" (Macarıstan), "Brondbi" (Danimarka), "Şaxtyor" (Belarus), "Dinamo" (Gürcüstan), "Liteks" (Bolqarıstan), "Voyvodina" (Serbiya), "Spartak" (Slovakiya), "Hafnarfyordur" (İslandiya), "Sent-Conston" (hər ikisi Şotlandiya), "Jelezniçar" (Bosniya və Hersoqovina), "Randers" (Danimarka), "Reykravik" (İslandiya), "Yagelloniya" (Polşa), "Botoşani" (Rumıniya), "Lokomotiv" (Xorvatiya), “Şemrok Rovers” (İrlandiya), "Dudelanj" (Lüksemburq), "Linfild" (Şimali İrlandiya), "Valletta" (Malta), "Differanj" (Lüksemburq), "Rabotniçki" (Makedoniya), "Torpedo" (Belarus), "Aberdeen" (Şotlandiya), "Daçiya" (Moldova), "Koper" (Sloveniya), "Sent-Patrik" (İrlandiya), "Beytar" (İsrail), “Zrinski” (hər ikisi Bosniya və Herseqovina), “HB Torshavn” (Farer adaları), "Buduçnost" (Monteneqro), "Birkirkara" (Malta), "Domzale" (Sloveniya), "Vaduz" (Lixtenşteyn)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right