Avropa Liqası:"Dnepr" və "Sevilya" finalda YENİLƏNİB

Bu gecə Avropa Liqasının yarımfinal mərhələsinin cavab qarşılaşmaları keçiriləcək.

Newsport.az-ın məlumatına görə, baş tutacaq iki oyunla finalçılar bəlli olacaq.

"Qarabağ"la eyni qrupda mübarizə aparmış Ukraynanın "Dnepr" klubu  "Napoli"ni qəbul edəcək. Səfərdə keçirilən ilk oyunda rəqibi ilə 1:1 hesablı bərabərə qalan Dnepropetrovski klubunun finala çıxmaq üçün yaxşı şansı var. 

Avropa Liqasının son qalibi "Sevilya" isə “Fiorentina”nın qonağı olacaq. İlk oyunda rəqib qapısından üç cavabsız qol keçirən ispanlar cütün favoritidir.

Hər iki oyun Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.


16 may

Avropa Liqası, yarımfinalın cavab oyunları

00:05. "Dnepr" (Ukrayna)  - "Napoli" (İtaliya) 1-0

Qol: Seleznyov, 58 (1:0)
(İlk oyun -1:1)


00:05. "Fiorentina" (İtaliya)  - "Sevilya" (İspaniya) 0-2

Qollar: Bakka, 22 (0:1), Karriko, 27 (0:2)
(İlk oyun 0:3) 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right