UEFA "Qarabağ"a texniki məğlubiyyət verdi

UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunun "Vilyarreal" - "Qarabağ" oyununun baş tutmamasına görə Azərbaycan təmsilçisinə texniki məğlubiyyət verib.

Newsport.az saytının məlumatına görə, bu barədə Ağdam klubun rəsmi saytı məlumat yayıb. Bildirilir ki, Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda "Vilyarreal"la matçı COVİD-19 pandemiyası ilə əlaqədar olaraq UEFA-nın qəbul etdiyi əlavəyə əsasən komandada yetərsay qədər futbolçu olmaması səbəbindən baş tutmamışdı.

UEFA tərəfindən göndərilən yekun qərarda qarşılaşmanın yenidən keçirilməyəcəyi və "Qarabağ"a texniki məğlubiyyət verildiyi bildirilib.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah