Avroliqada həftənin adamı

Avropa Liqasında qrup mərhələsinin sonuncu – 6-cı turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu açıqlanıb.

Newsport.az-ın məlumatına görə, bu ada Almaniyanın “Bayer” klubunun hücumçusu Leon Beyli layiq görülüb.

Yamaykalı forvard evdə Çexiyanın “Slaviya” klubuna 4:0 hesabı ilə qalib gəldikləri matçda dubl edib.

Həftənin ən yaxşısı adına Almaniya “Hoffenhaym”ında çıxış edən Maksimilian Beyer, Rusiyanın ÇSKA (Moskva) klubundan Ali Soye və İngiltərə “Tottenhem”indən Covani Lo Çelso da namizəd idi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right